Müraciət qaydası

İlkin mediasiya sessiyası üçün müraciət prosesi

 

Tərəflərdən biri digər tərəfə poçt vasitəsilə mediasiya prosesinin tətbiqi barədə yazılı formada təklif göndərə bilər. Təklifdə tərəflərin adları, qeydiyyat və ya yaşayış ünvanı, işlək telefon nömrəsi, varsa elektron poçt ünvanı, mübahisənin predmeti, mediasiya xərclərinin ödənilməsi şərtləri və qaydası, habelə mediasiyanın keçirilməsinin məxfiliyinə dair öhdəliklər və bu öhdəliyin pozulmasına görə məsuliyyət öz əksini tapa bilər. Əgər tərəflərin qarşılıqlı razılaşdığı mediator və ya mediasiya təşkilatı mövcuddursa, bu barədə məlumat da təklifdə göstərilə bilər, razılaşma olmadıqda isə tərəflərin təklifləri qeyd olunur.

“Mediasiya haqqında” Qanunda edilən dəyişikliklərə əsasən təklif məktubunun göndərilməsi məcburi deyil. Bu sənəd yalnız könüllü şəkildə təqdim oluna bilər və mediasiya müraciəti üçün zəruri sənəd hesab edilmir. Əgər tərəflər könüllü olaraq təklif olunan mediatora müraciət etməsələr, onların hər biri müstəqil şəkildə mediator təyini üçün mediasiya təşkilatına müraciət edə bilər.

Mediasiya müraciəti üçün vətəndaş yalnız ərizə təqdim etməlidir. Ərizə formasını mediasiya.gov.az saytından əldə etmək mümkündür.

Mediasiya təşkilatlarına müraciət üçün bütün əlaqə məlumatları və ünvanlar mediasiya.gov.az saytında yerləşdirilmiş mediasiya təşkilatlarının reyestrində mövcuddur.

Mediasiya Şurası sənədləri:

 

Əlaqə nömrələri: 012 (1927)

Elektron poçt: muraciet@mediasiya.gov.az