Funksiyalar


Mediasiya Şurasının əsas funksiyaları aşağıdakılardır:

• mediasiya sahəsində tənzimləməni və nəzarəti həyata keçirmək;

 

• mediasiyanın inkişafı ilə bağlı tədbirlər görmək, bu sahədə dövlət proqramlarının və normativ hüquqi aktların layihələrinin hazırlanmasını təşkil etmək və ya hazırlanmasında iştirak etmək;

 

• mediator fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin ilkin hazırlığı üzrə təlimin və mediatorların ixtisasartırma kurslarının mediasiya təlimi qurumları tərəfindən keçirilməsi ilə bağlı tədbirlər görmək;

 

• mediasiya təşkilatlarının, mediatorların və mediasiya təlimi qurumlarının reyestrini aparmaq;

 

• müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim qaydasına, mediasiya reyestrinin aparılması qaydasına, mediatorların peşəkar etik davranış qaydasına, mediasiya prosesinin həyata keçirilməsi qaydasına dair təkliflər hazırlamaq;

 

• mediasiya prosesi ilə bağlı sənədlərin, o cümlədən protokol və arayışların formalarını hazırlamaq və təsdiq etmək;

 

• mediasiya təşkilatlarından, mediatorlardan və mediasiya təlimi qurumlarından statistik məlumatları toplamaq və təhlil etmək;

• üç ildə bir dəfədən az olmayaraq mediasiya sisteminin səmərəliliyini təhlil etmək, bundan irəli gələrək müvafiq təkliflər vermək və digər tədbirlər görmək;

 

• mediasiya sahəsində konfranslar və təşviqat tədbirlərinin keçirilməsini təşkil etmək;

 

• mediasiya təşkilatlarının, mediatorların və mediasiya təlimi qurumlarının fəaliyyəti ilə əlaqədar daxil olan müraciətlərə baxmaq;

 

• mediasiya təşkilatı, mediator və mediasiya təlimi qurumu tərəfindən “Mediasiya haqqında” Qanunla müəyyən olunan vəzifələrin pozulması hallarının aradan qaldırılmasına dair qərar qəbul etmək;

 

• mediatorların intizam məsuliyyətinə cəlb olunması barədə qərar qəbul etmək;

 

• mediatorların, mediasiya təşkilatlarının və mediasiya təlimi qurumlarının müvafiq fəaliyyətini həyata keçirmək hüququnun dayandırılması və Mediasiya Şurasının üzvlüyündən çıxarılması barədə qərarlar qəbul etmək;

 

• intizam icraatının həyata keçirilməsi qaydasını müəyyən etmək;

 

• mediasiya fəaliyyəti haqqında informasiya və statistik xarakterli hesabatı rübdə bir dəfə ictimaiyyətə açıqlamaq və s.