Mediasiya xərcləri
İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
1. İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqq aşağıdakı məbləğlərdə müəyyən edilir:
Sıra №-si |
Mübahisənin növü |
Haqqın məbləği |
1. |
Ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə |
50 manat |
2. |
Əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə |
50 manat |
3. |
Kommersiya mübahisələri üzrə |
|
3.1. |
iddia qiyməti 500 manatadək olduqda |
20 manat |
3.2. |
iddia qiyməti 501 manatdan 1000 manatadək olduqda |
40 manat |
3.3. |
iddia qiyməti 1001 manatdan 5000 manatadək olduqda |
60 manat |
3.4. |
iddia qiyməti 5001 manatdan 10000 manatadək olduqda |
100 manat |
3.5. |
iddia qiyməti 10001 manatdan 50000 manatadək olduqda |
200 manat |
3.6. |
iddia qiyməti 50000 manatdan çox olduqda |
400 manat |
2. İlkin mediasiya sessiyasının təşkil edilməsi ilə bağlı mediator və ya mediasiya təşkilatının çəkdiyi poçt, kargüzarlıq və digər cari xərclərin məbləği təsdiqedici sənədlər əsasında 10 manatdan çox olmayaraq müəyyən edilir.